Şəkil 5. İsti içkilərin hazırlanması və içilməsi üçün qab-qacaq:
1 -su qaynatmaq üçün çaydan; 2 - çay dəmləmək üçün çaynik; 3 - kakao
hazırlamaq üçün parç; 4 — nəlbəki və fincanlar; 5 — çay qaşıqları; 6 - çayı süzmək
üçün xırda süzgəc; 7 - qəhvə hazırlamaq üçün parç; 8 - qəhvədan
İlk dəfə Avropaya çayı XVII əsrdə holland tacirləri gətirdi və tezliklə çay içmək kübarlıq göstəricisi oldu. Hindistanda və İndoneziyada çay kollan yetişdirməyə başladılar. Tezliklə bu ölkələrin sırasma Seylon, Şri-Lanka, Yaponiya, Afrika ölkələri də qoşuldu. Doğma Azərbaycanımızda da çay plantasiyaları salındı.
Çayın keyfiyyəti onun növündən, becərildiyi torpağın və iqlimin xüsusiyyətlərindən, yığılma və emal texnologiyasından asılıdır.
Ən yaxşı çay növlərini əl ilə yığırlar. Çünki yüksəkkeyfiyyətli çayı hələ tam açılmamış, yığılması xüsusi səliqə tələb edən yarpaqlardan hazırlayırlar.
Çayın dəmlənmə texnologiyası:
Suyu qaynatmaq üçün çaydanı, dəmləmək üçün çayniki, süzmək üçün süzgəci, çay qaşıqlarını, fincanları və nəlbəkiləri hazırlayın.