Açıq buterbrodlar soyuq və isti olur.
Bağlı buterbrodlar üçün qalınlığı, təxminən, 0,5 sm olan iki çörək dilimi götürülür. Hər iki dilimə yağ sürtülür. Çörək diliminin birinin üzərinə ərzaq düzülür, digər dilim isə onun üstünə qoyulur (şəkil 1, ç).
Kanape (qəlyanaltı) üçün boyat çörək qalınlığı 0,5 - 1 sm olan müxtəlif fiqurlar şəklində (kvadrat, ulduz vəs.) doğranır. Doğranmış çörək kərə yağında qızardılır. Qızardılmış çörək diliminin üstünə siyənək balığı, pendir, paştet və s. ərzaqlar qoyula bilər (şəkil 3).
Tartinlər də qızardılmış çörəkdən hazırlanır. Çörəyin üzərinə ət, balıq və başqa ərzaqlar isti halda qoyulur. Tartinlər kotlet, yumurta qayğanağı, pendir, omlet və s. ilə hazırlanır (şəkil 4).
Buterbrod hazırlayanda ərzaqları elə səliqə ilə yığmaq lazımdır ki, onlar çörək dilimlərinin kənarından sallanmasın.
Buterbrodlar istifadədən 30 dəqiqə qabaq hazırlanır və süfrəyə isti içkilərin (çay, qəhvə, kakao və s.) yanında verilir.
İsti içkilər necə hazırlanır və bu zaman hansı qab-qacaqdan istifadə olunur?Çay - ən məşhur isti içkidir. İlk dəfə qədim Çində ondan içki kimi istifadə ediblər. Qədim çinlilər çayı sinir sisteminin və mədə pozğunluğunun müalicəsi məqsədilə içərdilər. Sonralar isə çay təkcə Çində deyil, dünyanın bir çox ölkələrində sevilən içki oldu.