TƏHLÜKƏSİZ İŞ QAYDALARI
Bu işləri yalnız müəllimin icazəsi ilə icra edin.
1. Elektrik pilətələri və elektrik qızdırıcı cihazlarından istifadədə:
- cihazın və onun izolyasiyasının işlək vəziyyətdə olmasına əmin olun;
- cihazın şəbəkəyə qoşulma və söndürülməsini yalnız quru əllərlə, elektrik cihazmın çəngəlindən tutaraq yerinə yetirin;
- qızdırıcı cihazları asanlıqla alovlanan yağ damcısı və şəkərdən qoruyun.
2. Qaz pilətələrinin istifadəsi zamanı:
- qaz sızmasına yol verməmək üçün odluğun və dəstəklərin işlək vəziyyətdə olmasına nəzarət edin.
3. Xörək hazırlayarkən otağın havasını dəyişin.
4. Ərzaqları yalnız doğrama taxtasının üzərində doğrayın.
5. Bıçaqla işləyərkən sol əlin barmaqlarını elə tutun ki, dırnaqlar qabağa çıxmasın.
6. Bıçaq və çəngəlləri, yalnız dəstəyi qabağa olmaqla ötürün.
7. Kəsici alətləri əlinizdə yalnız tiyəsi aşağı olmaqla tutun.
8. İsti qab-qacağı pilətənin üstündən yalnız tutqacın köməyi ilə götürün.
9. İşinizi bitirdikdən sonra alətləri yuyun və yerinə qoyun, qızdırıcı cihazları söndürün, masa və pilətəni silin.