Qab-qacağa və mətbəx avadanlığına qulluq o qədər də asan və arzuolunan iş deyil.
Bizim sağlamlığımız mətbəxdə istifadə etdiyimiz qab-qacağın təmizliyindən asılıdır. İstifadə edilmiş qab-qacağı dərhal yumaq lazımdır. Dibi yanmış qazan və tavaları yumamışdan xeyli əvvəl islatmaq lazımdır ki, rahat təmizlənsin (şəkil 2).
Yuyulacaq qab-qacağı, adətən, növlərinə görə bölürlər: çay dəsti, yemək dəsti, yemək alətləri və s. Yuyulacaq qab-qacaq əvvəlcə qida qalıqlarından təmizlənir.
Südlü və yumurtalı qablar əvvəlcə soyuq, sonra isə isti suda yuyulur.
Yuyulmuş qab-qacaq suyu süzülsün deyə xüsusi quruducu şkafa yerləşdirilir və ya təmiz mətbəx dəsmalı ilə silinir.
Qida hazırlanan yer olduğu üçün mətbəxdə sanitariya-gigiyena tələblərinə ciddi riayət etmək lazımdır. Burada işləyənin şəxsi gigiyenası, yemək hazırlanan yerin, iş masasının, qab-qacağın və ərzaqların təmizliyi tam qaydasında olarsa, keyfiyyətli və xeyirli qida hazırlamaq olar.
SANİTARIYA YƏ GİGİYENA QAYDALARI
• İşə başlamazdan əvvəl önlük geyinin və başınızı bağlayın.
• Dırnaqlarınızı tutun və əllərinizi sabunlayın.
• Ərzaqlara uyğun doğrama taxtalarından və alətlərdən istifadə edin (tərəvəz, ət, balıq, çörək üçün).
• İş masasının və mətbəxin təmizliyinə diqqət yetirin.