4. İlgəklərlə hörmə (şəkil 5). Lazımi miqdarda muncuq məftil üzərmə düzülür, bundan sonra muncuqların ilgəkdə təsbit edilməsi üçün məftil lazım olduğundan artıq burulur.
Şəkil 6. İynəyəbənzər hörmə
5. İynəyəbənzər hörmə (şəkil 6). Bu hörmə üsulunda məftilin uclarından birinə sonuncu muncuğu düzdükdən sonra məftilin həmin ucuna əks istiqamətdə yerdə qalan muncuqlan keçirmək lazımdır.
6. Xaçvari hörmə (şəkil 7). Xaçvari hörmə “iki iplə hörmə” də adlanır (əslində, ip birdir, amma onun iki ucu da işləyir). İp iki ucdan götürülür və ortasına 3 muncuq dənəsi keçirilir, 4-cü muncuq qarşıya hörmə üsulu ilə bərkidilir, sonra ipin ucları dartılır. Sonra ipin sol və sağ uclarından hər birinə bir muncuq keçirilir, növbəti muncuq qarşıyahörmə üsulu ilə keçirilir, sap dartılır. Proses belə davam etdirilir.