2. Şablonların hazırlanması (şəkil 2)
Tutqac üfüqi və şaquli dörd kvadratdan ibarətdir. Tutqacın ölçülərini bilərək (22x22 sm), emal paylarının köbə ilə kəsilməsini nəzərə alaraq (hər tərəfdən 1 sm), şablonların ölçülərini hesablamaq olar (22-(1x2):4=5 sm - şablonun tərəfinin uzunluğu).
Kartondan və ya qalın kağızdan 5x5 sm ölçüdə kvadrat kəsin. Bir dənə də 22x22 sm ölçüdə şablon hazırlayın. Bu, tutqacın haşiyələnməsi olacaq. Biçmə zamanı işi yüngülləşdirmək üçün 22x22 sm ölçüdə şablon hazırlayın. Onun köməyi ilə tutqacın ara qatını və astarını tez biçmək olar.
3. Biçmə
Parçanın tərs üzündə şablonun konturlarını çəkin: açıq rəngli parçalarda iti yonulmuş karandaş ilə, tündlərdə isə sabun və ya təbaşirlə.
Tikişlər üçün 10 mm emal payı verin. Biçmə zamanı uzununa sapın şablonlarda qeyd olunmuş istiqamətinə xüsusi diqqət yetirin (şəkil 3).