TƏHLÜKƏSİZ İŞ QAYDALARI
1. İş zamanı təhlükələr
• ütünün şnurunun yanması;
• yanıqlar - buxarla, ütünün alt hissəsinə toxunmaqla və şnurun yanması ilə;
• elektrik cərəyanı ilə zədələnmə.
2. İşə başlamamışdan əvvəl nə etmək lazımdır:
• ütünün, şnurun və çəngəlin qəlibinin işə yararlılığını, ütünün alt hissəsinin təmizliyini yoxlamaq;
• ütünün tənzimləyicisini emal edilən parçaya uyğun temperaturun üzərinə qoymaq;
• ütü masasını və su püskürdəni hazırlamaq;
• kiçik rezin xalçanın mövcudluğunu yoxlamaq.
3. İş zamanı nə etmək lazımdır:
• nəm-isti emalı rezin xalçanın üzərində dayanaraq yerinə yetirmək;
• ütünü quru əllərlə yandınb-söndürmək, bu zaman şnurdan yox, çəngəlin qəlibindən tutmaq;
• ütünü xüsusi altlığın üzərinə qoymaq;
• şnurun burulub ütünün altına dəyməməsinə və ütünün həddən artıq qızmamasına nəzarət etmək;
• parçanı nəmləndirmək üçün su püskürdəndən istifadə etmək.
4. İşi bitirdikdən sonra nə etmək lazımdır
• ütünü söndürmək;
• onu xüsusi altlığın üzərinə qoymaq.
Parça məmulatının xarici görünüşü və forması nədən asılıdır?Biçmə üçün şablonlardan istifadə edərək tutqacın hazırlanma mərhələlərinə baxaq.
Alət, material və tərtibatlar: qayçı, iynə, sabun və ya təbaşir, karton, karandaş, metrə, iki rəngdə parça (A və B), astar parçası, ara qat materialı, məmulatın haşiyələnməsi üçün parça, saplar, ütü.
1. Eskizin qurulması (eskiz - məmulatın hazırlanacağı şəkil
Detalların öz aralarında birləşmə texnologiyasını başa düşmək üçün müxtəlif rəngli, eyni ölçülü kvadratlardan ibarət olan ən sadə variantdan istifadə edin. Şahmat taxtasının görünüşünə uyğun olaraq onları dörd sıraya yığın. Sizdə 16 kvadratdan ibarət olan kvadrat tutqacın eskizi alınacaq. Onu iki rəngdə hazırlayın.
Tutqac üçün ən yaxşı ölçü - 22x22 sm-dir (şəkil 2).