22-ci mövzu
NƏM-İSTİ EMAL VƏ PARÇA QIRINTILARINDAN
TUTQACIN HAZIRLANMA
TEXNOLOGİYASI
Məmulatın keyfiyyəti, xarici görünüşü və forması nəm-isti emal əməliyyatının düzgün icra olunmasından asılıdır. Tikiş məmulatlarının nəm-isti emalı (NİE) parçaların və ya məmulatların nəm, isti və təzyiqlə xüsusi avadanlığın (ütü, ütüləmə lövhəsi) köməyi ilə emalıdır. Nəm-isti emalın köməyi ilə parçanın qırışları hamarlanır, hazır məmulata lazım olan forma verilir və s. Ev şəraitində nəm-isti emalın yerinə yetirilməsi üçün əsas avadanlıq ütü və ütüləmək üçün lövhədir. Detal və məmulatların nəm-isti emalı iki cür olur: aralıq və yekun. Aralıq nəm-isti emal əməliyyatı biçimdən əvvəl və hər əməliyyatdan sonra aparılır. Yekun nəm-isti əməliyyatı hazır məmulat üzərində icra edilir. İşləmə üsulundan asılı olaraq, ütülər elektrik, buxar və elektrik-buxar növlü olur. Ütülər həm də çəkilərinə (1 kq-dan 5 kq-a qədər), ölçülərinə və işləmə gücünə görə fərqlənir.
Nəm-isti emalın yerinə yetirilməsi üçün iş yeri qatlanan ensiz masa - ütüləmə lövhəsidir.
Nəm-isti emahn yerinə
yetirilməsi
Nəm-isti emal əməliyyatı ayaq üstə aparılır. Bu zaman emal edilən məmulatdan gözə qədər məsafə 30 - 35 sm olmalıdır (şəkili). Nəm-isti emal aparılan iş yeri yaxşı işıqlandırılmalıdır.
Detal və ya məmulatın nəm-isti emalına başlamazdan əvvəl ütünün istiliyini ütülənəcək parçanın qırıntısında yoxlamaq lazımdır.
Ütünün qızma temperaturu müxtəlif liflərdən olan parçalar üçün fərqlidir: pambıq və kətan parçalar üçün 180-200°C, ipək parçalar üçün 110°-yə qədər olmalı, yun parçalar üçün 150°C-dən, sintetik parçalar üçün 100°C-dən çox olmamalıdır.
Yadda saxlamaq lazımdır ki, nəm-isti emalın yerinə yetirilməsi zamanı təhlükəsiz iş qaydalarına riayət etmək lazımdır.