Tikiş üçün emal payının miqdarı tikişin təyinatından və növündən, məmulatın emal edilən kəsiyinin süzülməsindən də asılıdır.
PRAKTİK İŞ
ÜLGÜNÜN HAZIRLANMASI VƏ NÜMUNƏNİN
BİÇİLMƏSİ
Sizə lazım olacaq: xətkeş, karandaş, damalı kağız, kalka, qayçı, xırda şəkilli ağ çit parça, sancaqlar, dərzi təbaşiri.
İşin yerinə yetirilməsi ardıcıllığı:
Tapşırıq 1. Düzbucaqlı ülgünün çertyojunun qurulması:
1. Çertyoj alətlərinin köməyi ilə damalı kağızın üzərində, 13x4 sm ölçülü düzbucaqlı qurun.
2. Düzbucaqlının içində “Ülgü 1” adını yazın, ox ilə uzununa sapın istiqamətini göstərin.
Tapşırıq 2. Ülgünün surətinin çıxarılması:
1. Qurulmuş düzbucaqlının üzərinə köçürmə vərəqini qoyun.
2. Çertyoj alətlərindən istifadə edərək, bütün xətləri xətləyin.
3. Düzbucaqlının içində “Ülgü 2” yazın, ox ilə uzununa sapın istiqamətini göstərin.
4. Xətlər üzrə ülgünü dəqiq kəsin.
Tapşırıq 3. Detalın biçilməsi:
1. Parçanı ikiqat üz tərəfi içəri olmaqla uzununa sap boyu qatlayın.
2. “Ülgü 2”-ni parçanın uzununa sapı istiqamətində qoyun.
3. Ülgünü sancaqlarla bərkidin.
4. Tikişlər üçün emal payı ayırın, çertyoj alətlərinin köməyi ilə ülgünün hər tərəfindən 1,5 sm məsafədə xətlər çəkin.
5. Detalı emal payının xətləri boyunca kəsin