Qüsurlu yerlər təbaşir və ya rəngli sapla qeyd edilir ki, biçmə zamanı onlar detalların kənarlarına salınsın (parçanın tullantılarına).
Parçanın sərilməsi. Hazırlanmış parça biçilmək üçün iş masasının üzərinə sərilir. Əvvəlcə parça masanın üzərində, üz tərəfi içəri olmaqla uzununa sapı boyunca tən yarıdan qatlanır. Sonra parçanın kənarları düzəldilir və qatları əllə hamarlanır.
ÜLGÜLƏRİN YERLƏŞDİRİLMƏSİ
Geyilərkən məmulatın dartılmaması və formasının itirilməməsi üçün ülgünü parçaya yerləşdirdikdə fikir vermək lazımdır ki, parçanın uzunu boyu sapın istiqaməti ilə ülgüdə olan oxların istiqaməti üst-üstə düşsün. Ülgünün detallarını parçanın üzərinə sancaqlarla bərkidirlər (şəkil 4).
ÜLGÜLƏRİN TƏBAŞİRLƏ NİŞANLANMASI.
TİKİŞLƏR ÜÇÜN EMAL PAYI
Biçmə zamanı ülgü detallarının konturlarını və tikişlər üçün emal payını xətkeş və dərzi təbaşiri ilə dəqiq nişanlamaq lazımdır (şəkil 5). Detalların kəsiklərini uyğunlaşdırdıqdan sonra tikiş xətlərinin üst-üstə düşəcəyinə əmin olmaq olar.
Tikiş məmulatlarının detallarının biçilməsi - detalların dərzi qayçısı ilə tikişlərin emal paylarının nişanlanmış konturları üzrə kəsilməsidir (şəkil 6). Detalları tikişlərin emal paymı nəzərə alaraq biçirlər. Tikiş məmulatının detalını biçəndə dərzi qayçısını elə tuturlar ki, enli tərəfi masaya dirənsin.