21-ci mövzu
ÜLGÜNÜN HAZIRLANMASI YƏ PARÇANIN
BİÇİLMƏSİ TEXNOLOGİYALARI
Məmulatı tikməmişdən əvvəl onun bütün detallarının ülgüsünü hazırlayırlar. Kağız ülgüləri müxtəlif üsullarla hazırlamaq olar. Ülgünün hazırlanmasının iki üsuluna baxaq.
1. Düzbucaqlı və ya başqa sadə quruluşlu detalları, damalı kağızda xətkeş və sadə karandaşın köməyi ilə, əvvəlcədən götürülmüş ölçülər üzrə çəkirlər.
2. Moda jurnallarında ülgülər öz həqiqi ölçülərində əlavə vərəqlərdə verilir. Belə ülgülərin surətini çıxarır, yəni şəffaf kağıza karandaş ilə köçürür və yalnız bundan sonra kəsirlər (şəkil 1).
Bəs parçanı necə biçirlər?Buğavermə - parçanın biçmədən əvvəl aparılan nəm-isti emalıdır. Hazır məmulat birinci yumadan sonra kiçilməsin deyə pambıq və kətan parçaları biçmədən əvvəl yuyur, qurudur və yaxşı ütüləyirlər.
Kəsiklərin düzəldilməsi. Əgər parça əyri kəsilibsə, biçmədən qabaq kəsikləri düzəltmək lazımdır. Parçanın əyri tərəfindən kəsik boyu sapların birini çıxartmaq və onun izi ilə parça zolağını kəsmək olar (şəkil 2).
Əyriliyin aradan qaldırılması. Kəsikləri düzəldilmiş parçanı üz tərəfi içəri olmaqla, kənarlarını üst-üstə qoyub ikiqat qatlayırlar (şəkil 3, a). Sonra uclarından tutub, diaqonallar üzrə dartırlar (şəkil 3, b).
Kənarların kəsilməsi. Parçanın kənarları bəzən çox cod olur. Ona görə də biçmədən əvvəl onlan kəsirlər.
Qüsurların aşkar edilməsi. Biçməmişdən əvvəl deşiklərin, ləkələrin, qeyri-bərabər olan rənglənmənin, qalın sapların aşkar edilməsi məqsədi ilə parçaya diqqətlə baxılır.