Oymaq (şəkil 2, g) iynə və sancaqlarla iş zamanı barmaqları deşilmədən qorumaq üçündür. O, sağ əlin orta barmağının ölçüsünə görə seçilir. Oymaq barmağa kip oturmalıdır.
Düz uclu kiçik qayçılar xırda işlər üçün lazımdır, məsələn, sapı kəsmək üçün.
Tikişsökən (şəkil 2, e) maşın və əl tikişlərini sökmək üçün nəzərdə tutulub.
Surət çıxarmaq üçün kiçik çarx (şəkil 2, h) ülgü xətlərinin parçaya köçürülməsi üçündür.
TƏHLÜKƏSİZ İŞ QAYDALARI
1. İşə başlamazdan əvvəl iynə və sancaqları sayın, əyri, küt və paslanmışları kağıza büküb tullayın, qayçının itiliyini yoxlayın.
2. İş zamanı iynə və sancaqları iynə qabında saxlayın, onları parçaya sağdan sola və ya özünüzdən əks istiqamətdə batırın; iynə və sancaqları ağzınıza almayın və paltarınıza batırmayın; tikmə zamanı oymaqdan istifadə edin.
3. Qayçıları masanın üzərinə, özünüzdən sol tərəfə ağzıbağlı və halqaları aşağı olmaqla qoyun; qayçını halqaları qabağa yönəlməklə ötürün.
4. İşi bitirdikdə iynə və sancaqları sayın (onların sayı işin əvvəlində olduğu kimi olmalıdır); qayçını yerinə (iş qutusuna) qoyun.