Elektrik sxemləri - prinsipial və montajlı olur. Əgər sxemdə dövrə elementlərinin birləşmə prinsipini göstərmək lazımdırsa, onun prinsipial sxemi çəkilir (şəkil 5, a).
Elektrik dövrəsinin yığılma sxemi onun montajlı sxemi adlanır (şəkil 5, b). Bu sxemdə elementlərin bir-birinə nisbətən dəqiq yerləşməsi və onların dövrədə birləşmə qaydası göstərilir. Elektrik dövrəsinin bəzi elementləri montaj sxemində təsvir kimi verilir.
TƏHLÜKƏSİZ İŞ QAYDALARI
Yadınızda saxlayın! Elektrik cərəyanı insan həyatı üçün çox təhlükəlidir. Elektrik dövrəsinin elementləri, xüsusilə də elektrik eneıjisinin mənbəyi ilə işləyəndə ehtiyatlı və diqqətli olun!
PRAKTİK İŞ
ELEKTRİK DÖVRƏSİNİN QURULUŞU
İşin yerinə yetirilmə qaydaları:
1. Lampanın, açarın, naqilin, batareyanın şərti işarələrini çəkin.