Qapalı elektrik dövrəsində naqillər dövrənin elementlərinə etibarlı bərkidilməli və zədəsiz olmalıdır.
Sadə elektrik dövrəsi cərəyan mənbəyi, közərmə lampası, açar və naqillərdən ibarətdir (şəkil 4).
Elektrik dövrəsinin elementlərini şərti işarələr şəklində təsvir etmək daha asan və rahatdır (cədvəl 1).
Elektrik dövrəsinin şərti işarələrlə təsvir edilməsinə elektrik sxemi deyilir.
Şərti işarələr və elektrik sxemlərinin hazırlanma qaydaları dövlət standartları ilə müəyyən edilir.
Cədvəl 1
Elektrik sxemi elementlərinin şərti qrafik təsviri
Elementin adı | Elementin təsviri | Elementin şərti qrafiki təsviri |
Cərəyan mənbəyi | ||
Közərmə lampası | ||
Açar | ||
Naqil | ||
Naqillərin birləşdirilməsi |
||
Naqillərin kəsişməsi (birləşmədən) |
||
Ştepsel çəngəli | ||
Ştepsel rozetkası |