Daha güclü elektrik stansiyaları (İES - İstilik Elektrik Stansiyası) yanacaqla (kömür, torf) işləyir. Bu stansiyalarda yandırma zamanı bir və ya bir neçə generatorun pərini fırlada bilən isti buxar axını yaranır ki, o da müxtəlif cihaz və qurğular vasitəsi ilə elektrik eneıjisinə çevrilir (şəkil 2, b).
Son vaxtlar elektrik enerjisinin istehsalı üçün atom enerjisini elektrikə çevirən stansiyalar quraşdırılır. Belə stansiyalara Atom Elektrik Stansiyaları (AES) deyilir (şəkil 3).
Generatorda alınmış elektrik cərəyanı istifadəçiyə hündür metal sütunu olan dirəklərə çəkilmiş naqillərlə ötürülür, öncə elektrik cərəyanı transformatora daxil olur. Burada cərəyanın ötürülməsi zamanı itkini azaltmaq məqsədilə yüksək gərginlik yaradılır.
Ev dövrəsinə daxil olmamışdan əvvəl elektrik cərəyanının gərginliyini başqa bir transformatorda tənzimləyirlər.
Elektrik enerjisinin elektrikqəbulediciləri fənərdəki lampa, dəzgahdakı mühərrik, elektrik ütüsü, televizor, kompüter və bir sıra başqa qurğulardır. Bu cihazların köməyi ilə elektrik eneıjisi işığa, istiyə, səsə, görüntüyə, mexaniki hərəkətə və s. çevrilir.
Elektrik enerjisi mənbədən işlədiciyə naqillərlə - ötürücülərlə ötürülür.
Elektrikqəbulediciləri mənbəyə qoşmaq və ayırmaq üçün idarəedici cihazlardan - elektrik açarından, qoruyuculardan istifadə edilir.
Elektrik enerjisinin mənbələri - elektrikqəbulediciləri və idarəetmə cihazları bir-biri ilə elektrik naqilləri ilə, yəni ötürücülərlə birləşib elektrik dövrəsini təşkil edir (şəkil 4). Elektrik dövrəsinə daxil olan bütün qurğular onun elementləridir.
Elektrik cərəyanı naqillərlə mənbədən elektrikqəbuledicisinə yalnız dövrə qapalı olduqda daxil ola bilər.