Pərçimi deşiyə salırlar (şəkil 3, 6). Pərçimin mili (1,3—1,6) d qədər detalın üzərindən çıxmalıdır. Başlığı saxlayıcının oyuğuna yerləşdirir və dartılma boyunca birləşdirilən detalları çəkic zərbələri ilə birbirinə yaxınlaşdırırlar. Sonra dairəvi çəkic zərbələri ilə qapayıcı başlığı (şəkil 3, c, ç) pərçimləyir və sıxacın köməyi ilə ona düzgün forma verirlər (şəkil 3, d).
Sonda hazır pərçim birləşməsi əldə edilir (şəkil 3, e).
Pərçim birləşdirmələrindən təyyarə və gəmiqayırmada, körpüsalmada, metal məişət avadanlığının hazırlanmasında geniş istifadə olunur.
Nazik təbəqə metalın pərçimlə birləşdirilməsi zamanı təhlükəsizlik qaydaları
1. Pərçimlə birləşdirməni yerinə yetirərkən çəkic başının dəstəyə oturma etibarlılığını yoxlamaq lazımdır.
2. Pəstah məngənədə möhkəm bağlanmalıdır.
3. İşləyən şəxsin arxasında dayanmaq olmaz.
PRAKTİK İŞ
DETALLARIN QATLAMA TİKİŞİ
VƏ PƏRÇİMİN KÖMƏYİ İLƏ BİRLƏŞDİRİLMƏSİ
İşin yerinə yetirilmə qaydaları:
1. Qatlama tikişi ilə birləşdirmək üçün tənəkə üzərində pəstahı nişanlayın və qayçı ilə kəsib çıxann.
2. Kənarlarda qatlama tikişi üçün əymə xətlərini nişanlayın.
3. Xüsusi təchiz olunmuş masada (verstakda) əməliyyatın ardıcıllığına riayət edərək qatlama tikişini yerinə yetirin.
4. Pərçimlərlə birləşdirmək üçün lövhələri hazırlayın və nişanlayın.
5. Pərçimləri və lazım olan alətləri seçin.
6. Təbəqələri bərkidin, deşiklər açın.
7. Texnoloji ardıcıllığa riayət edərək pərçim birləşməsini yerinə yetirin.