Qarşınızda “Texnologiya” dərsliyi var. Siz ibtidai siniflərdə texnologiya elementlərini öyrənmisiniz.
“Texnologiya” qədim yunan sözü olub “texne”- sənət, ustalıq və “loqos” - öyrənmək, elm deməkdir. Deməli, texnologiya insan fəaliyyətindəki ustalıq haqqında bir elmdir.
Texnologiyanı hər kəsin bilməsi mütləq vacibdirmi?! Yeni “Texnologiya” dərsliyi bu sualı aydınlaşdırmaqda sizə kömək edəcək. Onun köməyi ilə insanın tələbatını aşkarlamağı, hər birimizə və eləcə də cəmiyyətə lazım olan məmulatları layihələndirməyi və hazırlamağı öyrənəcəksiniz.
Texnologiya məşğələlərində siz oduncaq və metal materialların emah üsullarım mənimsəyəcəksiniz. Bununla yanaşı, dadlı yeməklər bişirməyi öyrənəcək, yaşadığınız mənzili bəzəmək üçün məmulatlar hazırlamaq, parça ilə işləmək, məişətdə xırda təmir işlərini yerinə yetirmək bacarıqları qazanacaqsınız.
Bu dərslik müstəqil yaradıcılıq fəaliyyəti üçün əvəzedilməz vasitəçidir.
Beləliklə də, dərsliyi oxumaqla, mənimsəməklə sizin texnoloji mədəniyyətiniz formalaşacaq. Texnoloji mədəniyyət isə gələcəkdə seçəcəyiniz yoldan asıh olmayaraq, sizə həmişə lazım olacaq.