Şəkil 3. Düzəldilmənin
keyfiyyətinin yoxlanılması:
1 - məftil; 2 - xətkeşin tili;
3 - düzəltmə lövhəsi
Düzəldilmədən sonra pəstahın üzərində hazırlanacaq məmulatın konturları nişanlanır. Nişanlama cızçəkən, nişanlayıcı pərgar, kemer, metal xətkeş və ya bucaqlıq kimi nişanlama alətləri ilə yerinə yetirilir.
TƏHLÜKƏSİZ İŞ QAYDALARI
1. Əllərinizi metal təbəqələrin və məftillərin iti kənarları ilə zədələnmədən qoruyun.
2. Gözlərinizi məftilin iti uclan ilə zədələnmədən qoruyun.
3. Yalnız əllik, əlcək və eynəklə işləyin.
4. Barmaqlarınızı çəkic və ya taxta çəkicin zərbələrindən qoruyun.
PRAKTİK İŞ
NAZİK TƏBƏQƏ METALIN VƏ MƏFTİLİN DÜZƏLDİLMƏSİ
İşin yerinə yetirilmə qaydaları:
1. Nazik metal təbəqələrin və məftilin düzəldilməsi üçün iş yerini və alətləri hazırlayın.
2. Nazik təbəqə metallardan və məftildən olan pəstahlan düzəldin.
3. Düzəldilmənin keyfiyyətini yoxlayın