15-ci mövzu
METAL İLƏ İŞLƏMƏK ÜÇÜN İŞ YERİ,
ALƏT VƏ TƏRTİBATLAR
Metalla işləmək üçün xüsusi təchiz edilmiş iş yeri lazımdır. Metalın əl ilə emalı üçün iş yeri çilingər verstakı (şəkil 1, a) və ya kombinəedilmiş verstakdır (şəkil 1, b).
Çilingər verstakı və kombinəedilmiş verstakın quruluşu 1-ci şəkildə göstərilmişdir.
Şəkil 1. Verstaklar: a - çilingər verstakı; b - kombinəedilmiş verstak:
1 - metal karkas; 2 - stolüstü (qapaq); 3 - qoruyucu tor (ekran);
4 - məngənə; 5 - alətlər üçün yeşiklər; 6 - oturacaq
Verstakda emal zamanı pəstahı bərkitmək üçün çilingər məngənəsindən istifadə edilir (şəkil2, a).
Şəkil 2. Məngənə: a - məngənənin quruluşu (1 - vint;
2 - hərəkətsiz dodaq; 3 - hərəkətli dodaq; 4 - dayaq çatısı;
5 - dəstək (ling)); b - məngənənin sxemi
Məngənənin iş prinsipi belədir: pəstah məngənənin “dodaq”ları arasında yerləşdirilir. Dəstəyi saat əqrəbi istiqamətində fırlatdıqda işlək vint pəstahı hərəkət edən dodaqlar arasında sıxır. Etibarlı bərkidildiyinə əmin olandan sonra pəstah emal edilir.
Məngənənin sxemində (şəkil 2, b) hərəkətin bir halqadan digərinə - dəstəkli vintdən hərəkətli dodağa ötürülməsi göstərilir.
Metalın emalı üçün verstakdan başqa digər alət və tərtibatlardan da istifadə edilir (şəkil 3).