METALIN EMALI TEXNOLOGİYASI
14-cü mövzu
METALLAR HAQQINDA ÜMUMİ MƏLUMAT.
NAZİK TƏBƏQƏ METAL VƏ MƏFTİL
Hər gün biz çoxlu sayda metal əşyadan - məişət və mətbəx avadanlığından, elektrik cihazlarından və s. istifadə edirik. Velosipedlər, avtomobil kuzovlan, mühərriklər, cürbəcür dəzgahlar, gəmilər, təyyarələr vəs. - bütün bunların əsas hissələri metaldan hazırlanır.
Metalların möhkəmlik, bərklik, istiliyə davamlılıq və s. bu kimi üstün xüsusiyyətləri onları inşaat işlərində, əmək alətlərinin və məişət əşyalarının hazırlanmasında əvəzolunmaz edir.
Metallar iki əsas növə bölünür - qara və əlvan metallar. Qara metallara dəmir və onun ərintiləri (çuqun, polad və manqan) aiddir. Digər metallar və onların ərintiləri əlvan metallara (nikel, qalay, mis, qurğuşun, sink, alüminium, titan, maqnezium, qızıl, gümüş və s.) aiddir.
Qalınlığı 2 mm-ə qədər olan metal vərəqlərə nazik təbəqə metal deyilir. Onlar polad, alüminium, düralüminium, mis, latun və başqa metal ərintilərindən hazırlanır.
Polad - bərk və ağır metaldır. O, dəmirlə karbonun ərintisindən ibarətdir.
Alüminium - gümüşü rəngdə yumşaq və yüngül metaldır.
Düralüminium - alüminiumla misin ərintisindən yaranır.
Mis - qırmızı rəngli, ağır metaldır.
Latun - misin sinklə və başqa metallarla birləşməsindən yaranır. Latun san rəngli metaldır.
Qalınlığı 0,2 mm-dən 0,5 mm-ə qədər olan nazik təbəqəli polada tənəkə deyilir. Nazik qalay təbəqə ilə örtülmüş tənəkəyə ağ tənəkə, örtüyü olmayan tənəkəyə isə qara tənəkə deyilir. Ağ tənəkədən ən çox konserv bankalannın hazırlanmasında istifadə edilir. Nazik sink təbəqəsi ilə örtülmüş nazik təbəqəli polada sinklənmiş tənəkə deyilir.
Nazik təbəqəli poladdan müxtəlif məişət, sənaye və kənd təsərrüfatı alətləri hazırlanır.
Nazik təbəqə metal prokat dəzgahlarının köməyi ilə alınır. Bu zaman metal parçası şəklində olan pəstah fırlanan vallar (şəkil 1) arasından lazım olan qalınlıq alınana qədər təkrar keçirilir.
Şəkil 1. Təbəqə metalın alınma sxemi: 1 -pəstah; 2 - vallar; 3 - diyircəklər