TƏHLÜKƏSİZ İŞ QAYDALARI
1. Başlığı dəstəyinə möhkəm geydirilmiş çəkiclə işləyin.
2. Çəkiclə işləyən yoldaşınızın arxasında dayanmayın.
3. Şurupun novuna uyğun olan vintaçandan istifadə edin.
4. Şurupu düz bucaq altında buraraq bərkidin.
5. Şurupu burduqda onu əl ilə tutmayın.
6. Şurupu burduqdan sonra başlığında olan çıxıntıları sumbata kağızı və ya yeyə ilə təmizləyin.
7. Hissələri yalnız taxta altlıq üzərində yapışdırın
8. Yapışqanla işləyərkən əllərinizi və gözlərinizi qoruyun, qoruyucu eynək taxın.
9. İşdən sonra əllərinizi sabunla yuyun.
PRAKTİK İŞ
ODUNCAQ DETALLARININ MİSMARLA, ŞURUPLA VƏ
YAPIŞQANLA BİRLƏŞDİRİLMƏSİ
İşin yerinə yetirilmə qaydaları:
1. Yararsız mişar materialı üzərində məşq edin. Müxtəlif qalınlıqlı oduncaq pəstahları birləşdirin. Məşq zamanı vurduğunuz mismarları kəlbətin və ya başında yanğı olan çəkiclə çıxarın.
2. Məmulatınızın detallarını mismarla birləşdirin. Mismarların arxa tərəfdən çıxmış iti uclannı içəriyə doğru əyin və oduncağa vurun. Birləşmənin möhkəmliyini yoxlayın.
3. Məmulatın birləşdirilməsi üçün lazımi ölçüdə şuruplar seçin. Şurupların yerini nişanlayın. Hissələri şuruplarla birləşdirin.
4. Məmulatın detallarını yapışdırmaq üçün iş yerini hazırlayın. Yapışdırılacaq pəstahların üzərini təmizləyin. Fırça ilə səthlərin üzərinə eyni qalınlıqda yapışqan çəkin, 2-3 dəqiqə saxlayın. Hissələri birləşdirin və vintli sıxacla məngənədə və ya verstakın sıxıcısında sıxın.