TƏHLÜKƏSİZ İŞ QAYDALARI
1. Pəstahı və taxta altlığı verstakda etibarlı bərkidin.
2. Burğunun patronda etibarlı bərkidildiyinə əmin olun.
3. Əl və ya mexaniki əl drellərini möhkəm və düz tutun, dəstəyi isə sərbəst fırladın.
4. Əl və ya mexaniki əl drellərinin burğusunu verstakın üzərinə özünüzdən qabağa yönəltməklə qoyun.
PRAKTİK İŞ
ODUNCAQ PƏSTAHDA
DEŞİKLƏRİN BURĞULANMASI
İşin yerinə yetirilmə qaydaları:
1. Burğuların spiralvari, mərkəzvari, qaşıqvari və s. növlərini nəzərdən keçirin. Kəsici tillərini tapın.
2. Pəstahı verstakda bərkidin, açılacaq deşiklərin mərkəzlərini nişanlayın və bizlə deşin.
3. Müəllimin köməyi ilə burğunu əl və ya mexaniki əl drelinə bərkidin və onların köməyi ilə pəstahda deşik açın.