Sumbata kağızı - şüşəni, metalı, taxtanı, daşı cilalamaq, parıldatmaq, hamarlamaq, sürtüb təmizləmək üçün üzərinə lay şəklində mineral ovuntusu yapışdırılmış kağız və ya parçadadır.
İri dənəcikli cilalayıcı sumbata oduncaqdan daha qalın təbəqə çıxarır, kiçik dənəcikli - ağartma emalında və pardaxlamada* tətbiq olunur.
TƏHLÜKƏSİZ İŞ QAYDALARI
1. Nasaz və küt bıçqı ilə işləməyin.
2. Sol əlinizi mişarlama yerinə yaxın tutmayın.
3. Verstak üzərinə bıçqını dişləri sizdən kənarda olmaqla qoyun.
4. Mişarlamanı müvəqqəti olaraq dayandırdıqda bıçqını mişarlama yerində saxlamayın.
5. Yonqan üfürməyin. İş yerindəki yonqarı fırça ilə təmizləyin.
PRAKTİK İŞ
AĞAC PƏSTAHIN MİŞARLANMASI
İşin yerinə yetirilmə qaydaları:
1. Təqdim edəcəyiniz məmulatın detallarının mişarlanması üçün ağac pəstahlan nişanlayın.
2. Sizə lazım olacaq mişarı seçin.
3. Pəstahı verstakın sıxıcısında etibarlı bərkidərək kəsim yeri açın və detalı mişarlayın.
4. Pəstahı mişarlama qutusunda lazımi bucaq altında mişarlayın.
* Pardaxlama — əşyanın səthini sürtüb, ona parlaq görünüş vermək