Mişarlama qutusunda mişarlama zamanı pəstahı sol əlin baş barmağı ilə tirciyin yan tərəfinə sıxırlar ki, pəstahdakı nişanlama xətti mişarlama yerinin qarşısına düşsün.
Oduncaqdan olan məmulatın təmizlənməsi nə deməkdir? |
Xarrat məmulatları hazırlanarkən onların təmizlənməsi və emalı zərurəti meydana çıxır.
Oduncağın təmizlənməsi üçün törpü, yeyə, suvand və cilalayıcı sumbata kağızı lazımdır (şəkil 6).
Törpü - iri kərtikləri olan tablandırılmış* metal tircikdir. Müxtəlif əyrixətli səthləri, çıxıntıları emal etmək, emal payını çıxartmaq lazım olanda törpü ilə kobud təmizləmə işi yerinə yetirilir.
Yeyə - müxtəlif hündürlükdə kərtikləri olan tablandırılmış metal tircikdir. Yeyədən bərk oduncağın emalı və məmulatın təmizlənmə emah üçün istifadə edilir.
Suvand - xırda kərtikləri olan tablandırılmış metal tircikdir. Suvandlardan əyrixətli səthlərin emalında və məmulatm təmizlənməsində istifadə olunur.
Şəkil 6. Oduncaqdan olan detalların təmizlənməsi üçün alət və tərtibatlar**:
a - törpülər; b -yeyənin əsas hissələri: 1 - dəstək; 2 - üzük; 3 - daban; 4 - tircik;
5 - kərtik; 6-uc hissəsi; c -yeyələrin profilləri (kəsikləri); ç - suvandlar;
d - törpü ilə təmizləmə; e - tircikli sumbata kağızı; ə - sumbata kağızı
ilə işləmə üsulları
* Tablandırma — termiki emalın bir növü olub, poladı böhran temperaturundan (30-50°Cdən) yuxan qızdınb həmin temperaturda saxlamaq və sürətlə soyutmaqdan ibarətdir. Məqsəd poladın bərkliyi və möhkəmliyini artırmaqdır.
** Tərtibat — əməliyyatı aparmaq üçün işi yüngülləşdirən ləvazimat və ya qurğudur.