10-cu mövzu
ODUNCAQ MATERİALLARIN
MİŞARLANMASI VƏ TƏMİZLƏNMƏSİ
Mişarlama oduncağın emalmda ən vacib və məsuliyyətli əməliyyatlardan biridir. Onu düzgün yerinə yetirməklə biz detalın keyfiyyətini yaxşılaşdırır, təmizləmə və rəndələmə üçün emal payını və detalın hazırlanma vaxtını azaldır, oduncağa qənaət edirik.
Mişarlama - mişarlama yeri nəzərə alınmaqla oduncağın hissələrə kəsilməsi prosesidir.
Mişarlama yeri (şəkil 1) - kəsmə zamanı mişarın yaratdığı yarıqdır.
Oduncağın mişarlanması əl və elektrik mişarları (şəkil 2) ilə yerinə yetirilir. Texnologiya dərslərində, məktəb emalatxanasında xarrat mişarından istifadə edilir (şəkil 3 ).
Şəkil 3. Xarrat mişarı:
1 - zolaq;
2 - dişlər;
3 - dəstək
Şəkil 4. Mişarların dişlərinin forması:
a - eninə mişarlama üçün;
b - lifləri eninə və uzununa mişarlama üçün;
c - uzununa mişarlama üçün
Xarrat mişarının əsas hissəsi - kənarında kəsici dişlər çərtilmiş zolaqdır (şəkil 4).
Müxtəlif bucaqlar altmda pəstahın liflərinin eninə dəqiq mişarlanması üçün mişarlama qutusundan istifadə edirlər (şəkil 5). Mişarlama qutusu 30°, 40°, 45°, 60°, 90° bucaq altmda mişarlamaq üçün mişarlama yerləri olan iki tircikdən və təməldən ibarət olan qurğudur. İşin rahatlığı üçün mişarlama qutusunu verstakın sıxaclarında bərkitmək olar.