Şəkil 3. Mişar materialları: a - dördhaşiyəli tir; b - ikihaşiyəli tir; c - kiçik tirlər;
g - kənarları kəsilmiş taxta; d- tilləri oval taxta; e - lövhə; j - şalbanın dörddə bir
hissəsi; r - şalban yanı; 1 - təbəqə (lay); 2 - kənar; 3-en kəsik (təpə); 4-til
Tir - eni və qalınlığı 100 mm-dən çox olan mişar materialıdır. O, ağacın özəyindən hazırlanır. Əgər tir iki tərəfdən mişarlanıbsa, onu ikihaşiyəli, dörd tərəfdən mişarlanıbsa, dördhaşiyəli adlandırırlar.
Tircik - qalınlığı 100 mm-dən az və eni qalınlığından iki dəfə az olan mişar materialıdır. Tircik ağacın özəyinin bir hissəsindən hazırlanır.
Taxta - qalınlığı 100 mm-ə qədər və eni qalınlığından ikiqat artıq olan mişar materialıdır.
Lövhə - şalbanı uzununa yanya mişarladıqda, şalbanın dörddə biri isə şalbanı dörd yerə mişarladıqda alınan mişar materiallarıdır.
Şalban yanı - şalbanın mişarlanmış yan hissəsidir.
Mişar materialları aşağıdakı elementlərdən ibarətdir: təbəqələr (laylar), kənarlar, tillər və en kəsiklər (təpələr).
Təbəqə (lay) - mişar materialının enli səthinə, kənar - ensiz səthinə deyilir.
Mişar materialının təpəsinin kəsik səthinə en kəsik (təpə) deyilir. Mişar materiallarının səthlərinin kəsişmə xətti til adlanır.
Konstruktiv oduncaq materialı - fanerdir. Onu üç və daha artıq soyulmuş şpon təbəqəni üst-üstə yapışdırma yolu ilə alırlar (şəkil 4).