Beləliklə, vəsaitlər - ailə təsərrüfatının şərti olaraq dörd qrupa bölünmüş dəyərləri, ehtiyatlan və imkanlandır:
- əmək (ailə üzvlərinin işi, əməyi);
- maliyyə (pul, gəlir);
- maddi (əmlak, ailə təsərrüfatının elementləri, ərzaqlar vəs.);
- energetik (istilik, eneıji, yanacaq mənbələri).
Ailə təsərrüfatının inkişafı müəyyən xərclər tələb edir.
Ev təsərrüfatı iqtisadiyyatam planlaşdınlması büdcədə öz əksini tapır.
Büdcə ingilis dilindən tərcümədə «pul çantası» deməkdir.
Xərclər - büdcədəki pul vəsaitinin nəyinsə alınması və işlədilməsinə sərf edilmiş hissəsidir.
Hər bir ailənin aşağıdakı xərcləri var:
Sadalanan xərclərin bəzisi daimidir, məsələn, qidaya, kommunal xidmətlərin ödənməsinə ayrılan xərclər. Digərləri şəxsi planlardan, şəraitdən asılı olaraq yarananlar - dəyişən xərclərdir. Bunlar məzuniyyətə, teatra, sərgiyə və s. gedilməsinə nəzərdə tutulmuş xərclərdir. Dəyişən xərclər bəzən ilin fəsillərindən asılı olaraq yaranır (uşaqların məktəbə hazırlanması, qışda mənzillərin isidilməsi). Gözlənilməyən xərclər də dəyişən xərclərə aiddir (gözlənilmədən gələn qonaq, xəstəlik və s.).
Ailənin gəlir və xərclərinin müəyyən zaman kəsikləri üzrə paylanması - ailə büdcəsi adlanır.
Əgər hansısa bir dövrdə gəlir xərcdən artıq olursa, onda pulların bir qismini yığmaq olar.
Əgər xərc gözlənilən gəlirdən artıq planlaşdırılıbsa, onda büdcə kəsirli olacaq.
Büdcə kəsiri - büdcədə planlaşdırılmış xərclərə pul vəsaitinin çatışmayan hissəsidir.