Uşaqlar valideynlərinə ev işlərində kömək etməlidir. Siz mağazaya
gedə, qabları yuya, otaqları səliqəyə sala, təmir və təsərrüfat işlərində
yardımçı ola bilərsiniz.
UNUTMAYIN!
- Ata və ananıza hörmət edin.
- Ailədə özünüzə inam mühiti yaradın.
- Müstəqillik göstərin, hər şey üçün valideynlərinizə müraciət etməyin.
- Təşəbbüs göstərin, valideynlərinizə aid olan işlərdə onlara kömək edin.
- Valideynlərinizin üzərinə çətin icra olunan tələblər qoymayın.
- Ailədə daimi tapşırığınız varsa, onu məsuliyyətlə yerinə yetirin.
SUALLAR
- Ailə üzvlərinə qayğı nədən ibarətdir?
- Salamlaşma zamanı nəyi diqqətdə saxlamaq lazımdır?
- Salama necə cavab vermək lazımdır?
- Ailədə sizin öhdənizə düşən işləri sadalayın və fikirləşin, daha
hansı vəzifələri yerinə yetirə bilərsiniz?