Maqnit saxlayıcıları (şəkil 1, ə) şkafların qapılarının hərəkətli olmasına xidmət edir. Onlar maqnitli qəlibdən və metal lövhəcikdən ibarətdir.
Şkaf, yazı masası və dolabların qapılan həncamaların (şəkil 1,f) köməyi ilə bərkidilir.
Künclüklər, qıfıl dilciklər, həncamalar və s. mebelə oduncaq üçün şurupların köməyi ilə bərkidilir.
Mebeldən uzun müddət istifadə etdikdə mebel fumiturları zəifləyir. Bu halda köhnə şuruplan çıxanlıb, ölçüsü daha böyük olanlarla əvəz edilir. Əgər belə imkan yoxdursa, deşiklərə yapışqan sürtülmüş taxta milciklər (mantarlar) salınır, köhnə şuruplar onlara bağlanılır.
Maqnit saxlayıcısının quraşdırılma ardıcıllığı:
Əvvəlcə saxlayıcının lövhəciyinin və qəlibinin yeri müəyyən edilir. Sonra lövhəcik qapıya bərkidilir və saxlayıcının qəlibinin yeri elə seçilir ki, qapı bağlı olanda o, lövhəciklə üst-üstə düşsün. Bərkidici şuruplar üçün deşiklərin mərkəzi biz ilə qeyd edilir və şuruplar axıra qədər burmadan bərkidilir.
Qəlib lövhəciyin qarşısında dəqiq yerləşdirilir, sonra şuruplar axıra kimi burulur.
PRAKTİK İŞ
MEBEL FURNİTURLARININ QURULUŞU, İŞ PRİNSİPİ
VƏ BƏRKİDİLMƏSİ
İşin yerinə yetirilmə qaydaları:
1. Dəstəklər, künclüklər, kipləşdiricilər, qapı sürgüləri, qıfıllar və s. furnitur nümunələrini nəzərdən keçirin və onların iş prinsipini öyrənin.
2. Təhlükəsiz iş qaydalarına riayət edərək lazımsız material üzərində müxtəlif furnitur növlərinin bərkidilməsini sınaqdan keçirin.