4. Əkmək üçün yeşik hazırlayın: dibinə drenaj yerləşdirin, üstündən 15 - 20 sm münbit torpaq tökün və sulayın. Kiçik çubuq ilə səpin üçün şırımlar açın (şəkil 4, a).
5. Pomidor toxumlarını cərgə ilə əkin. Üstünə nazik qat yumşaq torpaq səpin. Yeşiyi polietilen örtük ilə örtün və isti yerə qoyun (şəkil 4, b).
6. Cücərtilər çıxmağa başlayanda (4-6 gündən sonra) örtüyü çıxardın və (şəkil 5, a) yeşiyi işıqlı yerə qoyun.
7. Şitillər üç-dörd yarpaq açanda, onların yerini dəyişin. Şitilin yerini dəyişmək üçün nəzərdə tutulmuş xırda çubuq ilə onları torpaqdan çıxardın (şəkil 5, b) və təzə yeşiyə, bir-birindən 8 -12 sm məsafədə əkin.
8. Şitillər 10 - 15 sm hündürlüyə çatanda onlan daimi yerinə - dibçəyə və ya ləkə əkin (şəkil 6).