Pomidor nə rəngdə olur?
Pomidor hansı quruluşda olur?
Pomidordan hansı xörəklərin hazırlanmasında istifadə edilir?
Pomidor - birillik işıq və istisevən ot bitkisidir. Bu bitki su və mineral maddələri güclü kök sistemi vasitəsi ilə torpaqdan alır.
Pomidor şitili əkilir və əlavə köklərin yaranması üçün tez-tez dibi doldurulur.
Pomidor kolu yeni zoğlar hesabına sürətlə qol-budaq atır. Bu zoğlar məhsulun miqdarını azaltdığı və yetişməni yubatdığı üçün budanır.
Pomidor bitkisində cücərmədən meyvələrin yetişməsinə qədər olan dövr 100-130 gün təşkil edir.
Pomidorun becərilməsi texnologiyası
Sizə lazım olacaq: şitil əkmək üçün yeşik, drenaj*, torpaq, polietilen plyonka, susəpən, xırda stəkanlar və kiçik payalar, otaqda yetişə bilən pomidor toxumu.
PRAKTİK İŞ
1. Pomidor şitillərinin becərilməsi üçün texnoloji xəritə hazırlayın. Praktik işi yerinə yetirərkən gündəlik qeydlər aparın (işin növünü, aparılma tarixini, inkişaf mərhələsini qeyd edin).
2. Pomidor toxumlarını 2-3 saat isitmə sisteminə yaxın yerdə saxlayın (şəkil 3,a).
3. Toxumları 30 dəqiqə tünd-bənövşəyi manqan məhlulunda saxlayın (şəkil 3, b). Suyun üzünə çıxan toxumları maye ilə birlikdə atın. Qalan toxumları yuyun və salfetlə qurulayın.
*Drenaj (fran, söz) — xəndəklər və ya borular sistemi vasitəsilə torpağın susuzlaşdınlması