* Reysmusla - pəstahın təbəqələri, yəni səthləri emal edilərkən paralel xətlər çəkilir (şəkil 8);
* Pərgar ilə - deşik yerləri, çevrə və qövslər nişanlanır (şəkil 9);
* Xarrat günyəsi ilə - müxtəlif bucaqlar nişanlanır və ölçülür (verilmiş bucaq transportir üzrə qurulur) (şəkil 10, a);
* Transportir ilə - bucaqlar nişanlanır və ölçülür (şəkil 10, b).
Şəkil 8. Reysmus: a - reysmusun əsas hissələri; b - taxtanın nişanlanması
PRAKTİK İŞ
TİRCİYİN NİŞANLANMASI
İşin yerinə yetirilmə qaydaları:
1. Qalınlığı 10 mm olan faner qalıqlarından cilalayıcı sumbata kağızı üçün iki tircik nişanlayın.
2. Müəllimin verdiyi nümunə əsasında, nişanlama alətlərinin köməyi ilə pəstah üzərində detalları nişanlayın.
Ölçüləri: uzunluğu 100 mm, eni 40 mm (100x40x10 - 2 ədəd). Emal payı saxlamağı unutmayın!