ÖLÇMƏ VƏ NİŞANLAMA ALƏTLƏRİ
3-cü mövzu
Ölçmə və nişanlama - vacib və məsuliyyətli əməliyyatlardır. Məmulatın keyfiyyəti, iş vaxtına və materiala qənaət dəqiq ölçmə və nişanlamadan çox asılıdır.
Pəstahın üzərinə emal sərhədlərini və yerini göstərən kontur xətlərinin çəkilməsi və nöqtələrin qeyd olunması prosesinə nişanlama deyilir.
Bir neçə eyni detalın nişanlanması ülgü vasitəsi ilə aparılır. Ülgü fanerdən və ya istənilən bərk materialdan eyni (real) ölçülərlə hazırlanmış detal formasıdır.
Ülgü bir neçə detalın tez və dəqiq nişanlanmasına imkan verir. Ülgünü pəstahın üzərinə yerləşdirib sıxır və karandaşla çevrəsini xətləyirlər (şəkil 1). Xətləmə zamanı materialdan qənaətlə istifadə edilməlidir. Texnoloji tələblərə riayət etməklə bir pəstahın üzərində mümkün qədər çox detal yerləşdirmək lazımdır.
Oduncaqdan və təbəqə oduncaq materiallarından detalların və pəstahlann ölçülməsi, nişanlanması və yoxlanması üçün müxtəlif alətlərdən istifadə edirlər:
* Bizlə - deşmə yerləri nişanlanır və deşik açılır (şəkil 2); * Karandaşla - nişanlama xətləri çəkilir (şəkil 3);