Əhatəsində yaşadığımız əşyalar müxtəlifdir. Onların bəziləri sadə, digərləri isə zövqlə bəzənmiş, özünəməxsus yaraşığa malikdir. Bu əşyalar dekorativ-tətbiqi sənətə aiddir.
“Dekorativ-tətbiqi sənət” sözünü əvvəllər də eşitmisiniz, ancaq çox güman ki, mahiyyətinə varmamısınız. “Dekor” — latın dilindən tərcümədə “bəzəmək” deməkdir. “Dekor olunmuş”, yəni “bəzədilmiş”, “bəzəkli” mənasını daşıyır.