Soyuq batika üsulu daha sadədir: təsvir parça üzərinə şüşə borucuqlarla, xüsusi maye ilə çəkilir. Parçaya hopan maye sanki arakəsmə yaradır və rəngi keçirtmir. Məhz buna görə təsvirin kənar xətləri qapalı olmalıdır ki, rəng ora süzülərək bir-biri ilə qarışmasın. Soyuq batika üsulunda işlənilən əsərləri nəm yerdən uzaq saxlamaq lazımdır.
Rəssam təsviri rəngləyərkən parça üçün
nəzərdə tutulan xüsusi boyalardan istifadə
edir. Onlar akvarel texnikasında olduğu
kimi, axıb keçərək bir-birinə qarışır və qeyri-adi rəng ləkələri əmələ gətirir.
Soyuq batika texnikasındakı işlərə
diqqətlə baxsanız, hər birinin gözəllik haqqında
həzin bir hekayə hekayə olduğunu hiss
edərsiniz. Sirli əhvali-ruhiyyə yaradan batikanın
rəng zənginliyini dekorativ rəngli
ləkə və kənar xətlərin ritmində, xasiyyətində
müşahidə etmək mümkündür.
Bütün bu bədii vasitələr əsərin mənasını
ifadə edir.
İpək parça üzərində işlənmiş bu zərif əsərlərdə rəngkar, dekorativ-tətbiqi sənət və bədii toxuculuq ustasının istedadının yaradıcı fantaziyası özünü göstərir.
Azərbaycan rəssamları da batika üsulunda müxtəlif dəyərli əsərlər yaratmışlar.
Yaradıcı fəaliyyət. Vərəq və ya ipək parça üzərində istənilən mövzuya aid kompozisiya yaradın. Batika texnikasında akvarel boya və flomasterdən istifadə etsəniz, əsl müasir dekorativ sənət əsəri yaratmış olarsınız.
Təsviri öncə sadə karandaşla çəkin, sonra boya ilə rənglə. Quruduqdan sonra flomasterlə təsvirin kənar xətlərini tamamlayın. Rəngli ləkə və xətlərin ritmini göstərməyə çalışın.
|