Döyülmüş materialı hiss edən rəssam, metalın plastik xüsusiyyətlərindən cəsarətlə yararlanır. Yaratdığı dəmir siluetlərin ifadəli kompozisiyası sanki metalın qrafikadakı təsvirinə bənzəyir.
Bədii döymə üsulu ilə hazırlanmış əsərlər
Digər texnika — bədii tökmə üsuludur. Əridilmiş kütlə xüsusi qəlibə tökülür, orada soyuyaraq gələcək məmulatın formasını alır.
Bədii tökmə üsulu ilə hazırlanmış əsərlər
Metal ilə işləmə rəssam qarşısında müxtəlif texnikalarda qeyriadi, təkrarolunmaz orijinal əsərlər yaratmağa geniş imkanlar açır.
Yaradıcı fəaliyyət. Plastilin və gilin plastik xüsusiyyətlərindən istifadə edərək qeyri-adi dekorativ formalı dəmir məmulat düzəltməyə çalışın. Dəmir məmulatın hansı işləmə texnikasında “hazırlanacağını” müəyyən edin — bədii döymə və ya bədii tökmə. Bunu necə göstərə bilərsiniz?
|