Müasir İncəsənət Muzeylərində bədii şüşə adlanan və müasir rəssamların şüşədən yaratdığı dekorativ-tətbiqi sənət əsərləri nümayış etdirilir.
Yaradıcı araşdırma: şüşənin xüsusiyyətləri: rəng, forma və dekor
Rəng. İşıq şüşə üzərinə düşərkən o sanki canlanır. Şüşə ilə işləyən rəssamın işi son dərəcə mürəkkəbdir. Böyük məharət, bacarıqla yanaşı, bu işdə, eyni zamanda kövrək və möhkəm, şəffaf və rəng çalarları ilə zəngin materialı hiss etmək də tələb olunur.
Forma və dekor. Qızmar şüşələrdən kürə (soba) qarşısında müxtəlif forma və vahid dekorativ kompozisiyalar yaranır.
Adətən, rəssam özü şüşəni üfürür, ərimiş qızmar damcını fırladaraq onu xüsusi alətlərin köməyi ilə müxtəlif formalara salır. Bu işi rəssam, onun istəyini dəqiqliklə yerinə yetirən şüşəüfürən usta ilə birgə yaradır. Əl və üfürmə üsulu ilə hazırlanmış hut şüşəsini qaynar vəziyyətdə uzatmaq, əzmək, yapmaq, kəsmək və ona başqa yapma detallar da bərkitmək mümkündür.
Hut şüşəsi — “Hut” (alman sözü ) “şüşəüfürmə emalatxanası” deməkdir.
Hut alətləri: şüşəüfürən boru, qaynar şüşəni kəsmək üçün qayçılar, kəlbətinlər, maqqaşlar, şüşəyə forma verən yayma alətləri.