Xalq sənəti çoxəsrlik ənənələri və mədəni irsimizi qoruyur, inkişaf etdirir, nəsildən-nəslə ötürərək yaşadır.
El sənətkarlarının yaratdığı dulusçuluq, oyma naxışlı daş və ağac nümunələri, bədii metalişləmə, tikmə və naxışların sirrini başa düşməkdə bu bölmə sizə yardımçı olacaq.
Bu günümüzə qədər gəlib çatan qədim obrazlardakı işarə və simvolların nə ifadə etdiyini öyrənəcəksiniz.
Xalq yaradıcılığında gözəlliyin əsas ifadə vasitəsi — təbiəti tərənnüm edən forma, naxış və ornamentlərlə tanış olacaq və yaradıcılıq işlərində tətbiq edəcəksiniz.