Azərbaycan təsviri sənətinin klassikləri — Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Elmira Şahtaxtinskaya, Oqtay Sadıx-zadə, Tokay Məmmədov, Toğrul Nərimanbəyov, Ömər Eldarovun kolleksiyaları və digər ölkələrin müasir sənətkarlarının rəngkarlıq və heykəltəraşlıq əsərləri də muzeydə nümayiş olunur.
Yaradıcı fəaliyyət. Müasir İncəsənət Muzeyinin ekspozisiyasını təsvir edin. Əvvəlcə onun interyerini, sonra orada sərgilənən əsərləri çəkməyə çalışın. Bunların arasına müasir dekorativ-tətbiqi sənət nümunələrindən istədiyini daxil edə bilərsiniz.
www.mim.az
|
Bədii qalereya — təsviri sənət əsərlərinin nümayış olunduğu məkan. Adətən, bədii qalereyaları — “bədii muzey” də adlandırırlar.
Sərgi — incəsənət və digər ictimai nailiyyətlərin insanlar qarşısında nümayişidir.
Müasir incəsənət — 20-ci əsrin ortalarından etibarən formalaşan ümumi bədii yaradıcılıqdır.