Müasir incəsənət sərgisi ilə yaxından tanış olaq.
Xalq sənətkarının yaradıcılığından fərqli olaraq müasir rəssam öz ideyalarını həyata keçirməkdə sərbəstdir. Yeni əsər yaradarkən o, material, forma və rənglər üzərində cəsarətlə təcrübə aparır. Rəssamın özünəməxsus yaradıcı tətqiqatlar apardığı məkan sərgi fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyət sənətkarın yeni ideya və obraz axtarışı ilə zəngindir.
Sərgi fəaliyyəti — rəssamın inadcıl, gərgin əməyi nəticəsində yaratdığı müəllif məhsuludur. Kütləvi istehsalat məhsullarından fərqli olaraq müəllif məhsulu təkrarolunmazdır. Onlar sanki müəllifin yaradıcı simasını qoruyur, sənətkar şəxsiyyətinin davamçısı olur.
Müasir peşəkar rəssam çox zaman uzaq keçmişə — xalq sənətinin ənənəvi obraz və süjetlərinə müraciət edir. Lakin bu qədim obrazlar onun yaradıcılığında tamamilə fərqli görünür. Rəssam sanki onları öyrənir və müasir cizgilər əlavə etməklə özünəməxsus formada dəyişir.
Sərgi ekspozisiyası