İnsan və heyvan fiqurlarının real ifadə üslubu, mənzərə təsvirlərinin inandırıcı real görüntüləri bu əsərləri fərqləndirən əsas cəhətlərdir.
Ustadın ilk əsərlərindən sayılan, dahi şair Ə.Firdovsinin “Şahnamə” əsərinə çəkdiyi miniatür — “Yatmış Rüstəm” adlanır. Ən böyük tərtibat işləri də (742 səhifə) “Şahnamə” əsərinin əlyazmasında çəkilib (258 böyük miniatür). Rəssamın bu əlyazmadakı ən məşhur illüstrasiyası — “Keymurazın saray əhli” miniatürüdür
Dahi şair N.Gəncəvinin — “Xəmsə”, Nəvainin — “Divan” əlyazmasına miniatürlər kamil sənətkar tərəfindən çəkilib. Bu əlyazmalar hazırda Nyu-York şəhərindəki “Metropoliten” muzeyində və Fransanın Milli Kitabxanasında saxlanılır.
Şair Hafizin “Divan” əlyazmasına çəkdiyi miniatürlərdə sadə insanların və saray əyanlarının həyat tərzi təsvir edilmişdir.
Sultan Məhəmməd miniatürlə yanaşı, ayrıca vərəqə üzərində portretlər yaratmışdır. Həmin portretlərdən ən məşhuru kimi “Mütaliə edən şahzadə” əsərini göstərmək olar. Hazırda Rusiya Milli Kitabxanasında saxlanılır.
Ekskursiya
1. Yatmış Rüstəm. Miniatür. Ə.Firdovsi. “Şahnamə”. 2. Keymurazın saray əhli. Miniatür (fraqment). “Şahnamə”. Ə.Firdovsi. 3. Məhəmməd peyğəmbərin meracı. Miniatür. “Xəmsə”. N.Gəncəvi.
|