Yaradıcı araşdırma: gerbdə təsvir olunan nişan və rənglərin mənası.
Nişan-təsvirlər: palıd ağacı, ayı — güc; məşəl, açıq kitab — elm; arı — zəhmətsevərlik; çələng — şöhrət; qanadlı ilan — şər; əjdaha — əzəmət; əl — igidlik göstəricisi idi.
Rənglər: sarı və ağ rəng qızıl və gümüş rənginə uyğun idi. Qızıl — zənginlik və ədalət; gümüş — paklıq və saflıq rəmzi sayılardı.
Digər beş rəng: tünd-qırmızı — məhəbbət; mavi — gözəllik və ucalıq; yaşıl — bolluq, rifah, al-qırmızı — hakimiyyət; qara — müdriklik simvolu sayılardı.
tünd-qırmızı
mavi
yaşıl
al-qırmızı
qara
|
Dövlətlər və ayrı-ayrı şəhərlərin də öz gerbi var. Gerblərdə həmin şəhərlərə xas olan xüsusiyyətlər — təbiət, sərvət, xalq əfsanələrinin obrazı və digərlərini əks etdirərdilər.
Yaradıcı fəaliyyət. Simvolların şərti dilindən istifadə edərək, şəxsi və ya ailə gerbini təsvir edin, yaxud aplikasiyasını düzəldin. Qalxanın forması, onun rəngli sahələrə bölünməsi, vacib saydığın simvol-fiqurlar fikirləşin.
Özünün və ailənin marağını nəzərə alaraq deviz tərtib edin. Təsvir və rəng həlli ifadəli və aydın olmalıdır. Bu gerb — sinif, məktəb otağı, idman klubu və ya hər hansı fənnin emblemi də ola bilər. Bu tapşırığı kompüterdə, Paint — qrafik redaktorundan istifadə edərək işləyə bilərsiniz.