Yaradıcı araşdırma: saray: interyer, mebel, forma, naxış, təmtəraq.
Saray interyerinin divar naxışları, mebel
və nəfis əşyalar saraya xüsusi yaraşıq
və təmtəraq verər, kralın cahcalalını
bildirərdi.
Tavandakı rəsmlər, güzgülü divarlar,
büllur çilçıraq, incə ornamentli döşəmələr,
qızılı yapma dekorun bolluğu —
qeyri-adi dekorativlik və xüsusi təntənə
təəssüratı yaradardı.
O dövrün dəbdəbəli mebelləri zəngin dekorla
bəzənərdi.
Saray interyeri
A.Boss. Sarayda bal. 17-ci əsr
Yaradıcı fəaliyyət. Sinif yoldaşlarınızla birgə “Sarayda şənlik” — kollektiv panno yaratmağa çalışın. Əvvəlcə ümumi kompozisiyanı dəqiqləşdirin: divar, tavan və döşəməni. Burada saray interyerini, mebel və əşyaları təsvir edib, bəzəyə bilərsiniz. Çəkilmiş hissələri kəsib ümumi kompozisiyaya yapışdırın. Sonra hərəkətdə olan, rəqs edən, hörmətlə baş əyən insan fiqurlarını kostyumda təsvir edin. Perspektivin qanunlarını nəzərə almağı unutmayın.
|