17-ci əsrdə Qərbi Avropanın dekorativ-tətbiqi sənəti — forma, naxış və rəngi ilə Qədim Misir və Çin incəsənətindən fərqlənirdi.
Bu dövrün kostyumları olduqca təntənəli və çoxsaylı bəzəklərlə möhtəşəm görünər, aristokrat zövqünə və həyat tərzinə uyğun olardı.
Fransa kralı 14-cü Lüdovik hər zaman geyimlərində cah-calal və büsatın zənginliyini nümayiş etdirməyə çalışardı. Dəbin əsas qanuni daşıyıcısı olan kral fransız aristokratları üçün nümunə idi. Onun kostyumunu almaz və brilyantlar, rəngli daş-qaşlar, qızıl və gümüşlər bəzəyərdi. Kostyumun cah-calalı — kralın idarə etdiyi dövlətin çiçəklənməsindən xəbər verməyilə yanaşı, başqa dövlətlər arasında onun nüfuzunun artmasına işarə idi.
Qızıl saplarla bəzədilmiş geyimi yalnız kral və ailəsi geyinə bilərdi. Sarayda daha bir qayda var idi: kraldan başqa, bütün kişilər şlyapasını çıxarmalı idi.