Yaradıcı araşdırma: qadın kostyumu — simvol və rəng.
İmperator ailəsinin üzvləri, yüksək məmur, alim, kübar xanımlar uzun qolları yerə dəyən ipək xalatlar geyinərdilər. Xəfif ipək yüksək təbəqələrdə üstünlük sayılardı.
Hətta ipək alveri edən tacirlərə də bu parçadan libas geymək qadağan idi.
Ustalıqla bəzədilmiş bu ipək geyimin naxışlarının öz mənası vardı: məsələn, kəpənək — xoşbəxtlik və sevinc, gül-çiçək — əsil-nəcabət, zənginlik və baharın gəlişini bildirərdi. Saray xanımları mürəkkəb formalı saç düzümlərinə qızıl və gümüşdən sancaqlar taxardılar. Geyimi dikdabanlı ipək başmaqlar tamamlayırdı. Zadəgan kostyumunun əsas hissəsi olan kəmər — rəngi, materialı və bəzəyi ilə də fərqlənərdi.
Geyimin rəngi rütbəyə görə seçilərdi: imperator — sarı, döyüşçülər — ağ və qırmızı, gənc döyüşçülər — mavi, əyanlar isə qəhvəyi rəngli libaslar geyinərdilər.
Çin kəndliləri gündəlik iş üçün rahat, qaba parçadan tikilmiş sadə paltarlar geyinərdilər.
Çin kəndliləri
Geyimin öz sahibi haqqında hansı məlumatlar verdiyini indi təsəvvür edə bildinizmi?
|
Yaradıcı fəaliyyət. Qədim Çin geyimi çəkməyə çalışın. Onun kimə aid olduğunu müəyyənləşdirən naxış, rəng və simvolları istifadə edərək rəngləyin.