İnsanı əhatə edən əşyalar arasında onun ən çox bağlı olduğu geyimdir. Geyimin forma və dekorunu, gözəlliyi haqqında təsəvvürlərin rolunu araşdırmaq üçün Qədim Çinə səyahət edək.
Qədim Çində sarı rəng — qızıl, zinət rəngi, əjdaha isə imperator simvolu sayılardı. Böyük dövlətin idarəçiliyində imperatora yardım edən yüksək məmurların geyimlərinin də öz fərqləndirici işarələri vardı.
Yaradıcı araşdırma: geyimdə quş və heyvan təsvirləri, rəngin mənası.
Uzunömürlülük simvolu sayılan ağ durna böyük rütbəli məmurun xələtinin sinəsində — birinci, yüksək rütbəyə işarə idi. Hərbi məmurun libasını bəzəyən pələng, aslan, bəbir təsvirləri rütbəyə uyğun tikilərdi.
Məmur papağının yuxarı hissəsi büllur, şüşə, bürüncdən hazırlanan kiçik kürəciklərlə bəzədilərdi. Material, ölçü və rəng fərqi də rütbədən asılı olardı. Yüksəkrütbəli məmurun baş geyimindəki kürəcik yaqutdan olardı.
İmperator və hərbçilərin geyimləri
İmperator geyimindəki sarı rəngi Çin dekorativ sənətinin daha hansı sahələrində görmək olar? |