Qədim Misiri nəbati ornamentin vətəni adlandırmaq olar. Çünki bu ölkədə bitkiyə sitayiş edər və onu ilahi qüvvə hesab edərdilər. Lotos və qamış Qədim Misirin dövlət rəmzləri idi.
Yaradıcı araşdırma: nəbati ornament motivləri və simvolik rənglər.
Misirdə ən əhəmiyyətli simvol — ornamentlərin əsas motivi — lotos bitkisi idi. Dekorativ-tətbiqi sənətə xas olan daha bir ornament motivi, iri yelpiyəbənzər yarpaqları olan palmetta (xurma ağacı yarpaqlarına oxşar bəzək) və papirus tropik bitkisi idi.
|
Yaradıcı fəaliyyət. Qədim Misirin dekorativ sənətinə aid nümunə fikirləşin və çəkin. Bu, günəşi simvolizə edən boyunbağı, sinə bəzəyi və ya bilərzik ola bilər.
Əşyaların formasını fikirləşin, xarakterik işarə-simvollardan istifadə edərək, üzərini bəzəyin. Bu ölkənin dekorativ sənətinə xas olan rəngləri göstərməyə çalışın. Dekorativ simvollardan istifadə edərək nəbati ornament və ya haşıyə də yarada bilərsiniz.