Özündə yalnız geyimi deyil, parik və saç düzümünü, baş ortüyünü, səndəli, müxtəlif əlavələr — kəmər, yaxalıq, zinət əşyalarını cəmləşdirən kostyum insanların cəmiyyətdə tutduğu mövqeni və rolunu müəyyən edərdi.
Firon Tutanxamonun dəfn maskası dekorativ-tətbiqi incəsənətin şah əsəri sayılır.
İyirmiyaşlı hökmdarın siması — zolaqlı baş
örtüyü və hakimiyyət nişanı ilə bəzənib.
Maskanın qızılı şəfəqi hökmdarı Günəşə bənzədir.
Qədim Misirdə dekorativ-tətbiqi sənət öncə fironların şanşöhrətini vəsf edərdi. Eyni zamanda dekor — fironların güc, əzəmət, ölməzlik, misirlilərin əbədi həyat haqqında təsəvvürlərinin təcəssümü idi.
Yaradıcı fəaliyyət. Qədim Misir hökmdarının geyim xüsusiyyətlərini öz rəsminizdə göstərməyə çalışın. Geyimin xüsusi işarə və simvollarını, hansı mövqe tutduğunu göstərməyi unutmayın.
|