Misir hökmdarı fironun geyimi onu ətraf mühitdən fərqləndirər, cəmiyyətdə yüksək mövqe tutduğunu bildirərdi.
Firon və onun əyanları başlarına arxadan hörük formasında yığılmış və çiyinlərə sallanmış zolaqlı yaylıq — klaft bağlayardılar. Zolaqlar göy və qızılı rəngdə olardı.
Yaradıcı araşdırma: Qədim Misir hökmdarlarının geyimi və hakimiyyət nişanları.
Fironun başındakı tac ilahi qüvvələrin nişanı idi və müqəddəs simvollarla bəzənərdi. Dairəvi formalı yaxalıq qiymətli metal və daş-qaşla bəzənərdi. Üst geyiminin əsas hissəsi belbağı ilə belə bərkidilən önlük idi. Üçbucaq formanı xatırladan önlüyün üstündən bəzəkli kəmər taxılardı. Firon və əyanları palma, papirus, və dəridən səndəl geyərdilər.
Firon arvadının rəngli emaldan hazırlanmış qrif və ya lotos təsvirli baş geyimi olardı.
Klaft — zolaqlı baş yaylığı.
Urey — qoruyucu ilan.
Qrif — kərkəs başlı, fantastik quş.