Bizi bir neçə minilliklər ayıran, qeyri-adi, sirli və möcüzələrlə dolu ilk mədəniyyət ocağı sayılan Qədim Misirə səyahət edək.
Mavi lotosa bənzəyən Nil çayı Afrikanın cansız səhrasını yarıb keçir. Nil vadisinin qızmar günəşi və rütubətli isti iqlimi misirlilərin geyiminə də öz təsirini göstərib: ağappaq, yüngül geyim gündən qaralmış bədəndə daha da ağ görünür.
Lotos — şanagüllə çiçəyi. Qədim Misirdə gözəllik və əbədi həyat simvolu sayılardı.